FED uçot dərəcəsini artırıb 

23:59 01.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini 0,25 faiz artırıb.

Hafta.az xəbər verir ki, bununla da uçot faiz dərəcəsi 4,50-dən 4,75 faizə çatdırılıb.

Bildirilib ki, Federal Açıq Bazar Komitəsinin (FOMC) bütün üzvləri uçot dərəcəsinin artırılması barədə qərarı dəstəkləyiblər.

Qeyd edək ki, 2022-ci ildə FED uçot dərəcəsini yeddi dəfə artırıb.